AZ

“Meyitlərə makiyaj edirdim” – Məryəm Üzərlinin ŞOK peşəsi 

2008-ci ildən aktyorluq karyerasına davam edən 41 yaşlı Məryəm Üzərli sosial medianı silkələyən açıqlaması ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, məşhur aktrisa həyatının bir dönəmində xəstəxanada dünyasını dəyişən insanlara makiyaj etdiyini etiraf edib.

O bildirib ki, Almaniyada vəfat edən şəxslərin gözəl görünməsi üçün onlara makiyaj edirlər:

“Ən yaxın dostumu yol qəzasında itirmişdim. Həyatı və ölümü sorğuladığım dövr idi. İnsanların həyatına toxunmaq mənim prioritetim olub. Bir il leykozlu uşaqlar üçün xəstəxanada könüllü oldum. Almaniyada dünyasını dəyişən insanların son səfərlərinə ən yaxşı vəziyyətdə getmələrini istəyirlər. Mən xəstəxanada işləyəndə bir komanda onları dəfn prosesinə hazırlayırdı. Mən də mərhumlara makiyaj edirdim”.

Qeyd edək ki, Məryəm Üzərli “Muhteşem yüzyıl” serialında Hürrem Sultan rolu ilə tanınır.

Şahanə Rəhimli
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
1
musavat.com

10Mənbələr