AZ

Bu binaya Nəsrulla Kəngərlinin xatirə lövhəsi vurulacaq - QƏRAR

XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, əməkdar inşaatçı, SSRİ Dövlət mükafatı laureatı Nəsrulla Yaqub oğlu Kəngərlinin xatirəsi əbədiləşdirilib.

Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərarla Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Nəsrulla Yaqub oğlu Kəngərlinin Bakı şəhərində yaşadığı binaya (İnşaatçılar prospekti ilə Bəsti Bağırova küçəsinin kəsişməsində yerləşən) xatirə lövhəsinin vurulmasını təmin etməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
30
redaktor.az

10Mənbələr