AZ

Jurnalist Azər Rəşidoğlu palataya köçürülüb

Yazını böyüt
Yazını kiçilt

Bu gün Milli Onkologiya Mərkəzində əməliyyat olunan tanınmış jurnalist Azər Rəşidoğlunun son durumu ilə bağlı açıqlama verilib.

Hafta.az xəbər verir ki, bu haqda Azər Rəşidoğlunun  yaxın dostu Rəsul Mirhəşimli danışıb:

“Dostum Azər Rəşidoğlunun Milli Onkologiya Mərkəzində cərrahiyyə əməliyyatına məruz qalıb.

Qeyd edim ki, Azər Rəşidoğlu aqressiv fibromatoz diaqnozu ilə dünən xəstəxanaya yerləşdirilib, bu gün günorta saatlarında əməliyyat olunub. Həkimlər cərrahiyyə əməliyyatının çox uğurlu keçdiyini bildirib. Əməliyyatda iştirak edən bütün həkimlərə və tibb işçilərinə də xüsusi təşəkkür edirəm.

Azər artıq palataya köçürülüb, özünü yaxşı hiss edir. Həkimlər Azərin vəziyyətinin yaxşı olduğunu nəzərə alıb, onu reanimasiyada saxlamağı məsləhət bilməyiblər.

Allahın izni ilə Azər yaxın günlərdə xəstəxanadan çıxıb, əvvəlki enerjisi ilə işlərini davam etdirəcək”, - deyə R.Mirhəşimli bildirib.

Qeyd edək ki, A.Rəşidoğlu bir sıra KİV-lərdə, o cümlədən "Azadlıq", "Ayna-Zerkalo", "Bu gün", "Yeni Müsavat" qəzetlərində, APA agentliyində çalışıb. Jurnalistin hazırkı iş yeri "Qaynarinfo.az"dır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
4
hafta.az

10Mənbələr