İran Bakı ilə Moskva arasındakı yaxınlaşma xəbərləri fonunda Rusiyaya sərhəd mübahisəsində Azərbaycanın tərəfini tutmamaq barədə xəbərdarlıq edib.
Editor.az bildirir ki, bu barədə The Guardian xəbər verir. Nəşr qeyd edir ki, Moskva Bakının Ermənistan-İran sərhədi boyunca Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək quru dəhlizinin yaradılması ilə bağlı çağırışlarını dəstəkləyib.
İranın xarici işlər naziri Səid Abbas Əraqçi bu məsələ ilə bağlı Rusiyaya iradlarını bildirib, çünki Tehran Avropaya çıxış yolunu itirməkdən ehtiyat edir. “Regional sülh, təhlükəsizlik və sabitlik sadəcə üstünlük deyil, milli təhlükəsizliyimizin sütunudur. Qonşularımızın ərazi bütövlüyünə şimaldan, cənubdan, şərqdən və ya qərbdən istənilən təhdid və ya sərhədlərin yenidən cızılması tamamilə qəbuledilməzdir və İran üçün qırmızı xəttdir ”, – deyə Əraqçi bildirib. “The Guardian” hesab edir ki, mübahisənin göründüyündən daha geniş geosiyasi təsirləri var.
O, İranın yeni hökumətinin xarici siyasətini balanslaşdırmaq üçün Moskva ilə daha sərt mövqe tutmağa hazır olduğuna işarə edir. Rusiya və İran yeni strateji əməkdaşlıq sazişi imzalamalıdırlar, lakin məzmun hələ müzakirəyə açıqdır və İran hökuməti daxilində Rusiya ilə hərbi ittifaqın dərinləşdirilməsinin diplomatik dəyəri ilə bağlı gərginlik var.
//Samir Qurbanov, Editor.az