AZ

Göyçayda bir ailə xəstəxanalıq oldu: görün hansı diaqnoz qoyuldu

Göyçayda zəhərlənmə şübhəsi ilə bir ailə xəstəxanaya yerləşdirilib.

OXU24.COM  xəbər verir ki, ilkin məlumata görə, rayonun Xəlitli kəndində yaşayan bir ailənin 4 üzvü zəhərləndiklərini güman edərək Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Vətəndaşlara ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir.

Göyçay Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilmiş vətəndaşlara alimentar və allergik qastrit diaqnozu qoyulub.

İlkin tibbi müdaxilədən sonra 34 yaşlı Malikə Əhmədova, 66 yaşlı Sədaqət Əhmədova, 10 yaşlı Turan Əhədov və 6 yaşlı Zarina Əhmədzadə evə buraxılıb.

Seçilən
71
5
oxu24.com

7Mənbələr