"Boka Xuniors"un yarımmüdafiəçisi Kristian Medina karyerasını "Fənərbağça"da davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O tərəflərin yarımmüdafiəçinin transferi ilə bağlı tam razılığa gəldiklərini və transfer məbləğinin bonuslar daxil olmaqla 15 milyon dollar olacağını və oyunçunun özünün isə İstanbul klubu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan əmək müqaviləsini imzalayacağını qeyd edib.
Argentina çempionatında Medina 18 oyuna çıxıb, üç qol vurub və iki məhsuldar ötürmə edib.