Naxçıvanda 9 yaşlı uşağı elektrik cərəyanı vurub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Babək rayonu, Zeynəddin kəndində baş verib.
Elektrik vurması nəticəsində kənd sakini, 2015-ci il təvəllüdlü Həsənov Tamerlan Musa vəfat edib.
Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.
Məlumat Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidməti ilə dəqiqləşdirilib.