Monqolustan Rusiya prezidenti Vladimir Putini ölkəyə səfəri zamanı niyə həbs etmədiyini Haaqa məhkəməsinə izah etməli olacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan “BBC News” xidmətinə müsahibəsində bildirib.
“Məhkəmə səviyyəsində danışıqlar prosesi davam edir, əgər əməkdaşlıq çatışmazlığı aşkar olunarsa, hakimlər öz tövsiyələrini verə bilərlər, lakin mən heç nə proqnozlaşdırmaq istəmirəm, çünki indi bu məsələ hakimlərlə Monqolustan hökuməti arasında həll olunur”, – deyə prokuror vurğulayıb.