AZ

Türkiyəli politoloq Kiyevin Moskva ilə danışıqlara münasibətindən danışıb

Kiyev Moskva ilə danışıqlara yalnız Qərbin icazəsi olarsa razılaşacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında türkiyəli politoloq Aydın Sezər deyib.

“Bu baxımdan, ABŞ-da seçkilərin nəticələrini gözləmək lazımdır, çətin ki, İstanbulda danışıqlar aparılsın”, – deyə o vurğulayıb.

Ekspert aydınlıq gətirib ki, Kiyev Britaniyanın təzyiqi altında 2022-ci ilin yazında İstanbulda əldə olunan razılaşmaları imzalamaqdan imtina edib. Politoloqun sözlərinə görə, o vaxtdan bəri şərait xeyli dəyişib və söhbət təkcə Donbassdan getmir.

“Qərb buna mane olana qədər Ukraynanın danışıqlar masasına oturacağına inanmıram. Əvvəlcə ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini gözləmək lazımdır, ondan sonra vəziyyəti nikbin qiymətləndirə biləcəyik”, – deyə Sezar öz fikrini bildirib.

Seçilən
79
nocomment.az

1Mənbələr