“Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 2023-cü il martın 20-dən bəri ilk dəfə bir barel üçün 71 dollardan aşağı düşüb. Manset.az xəbər verir ki, bunu Londonun ICE birjasında ticarət məlumatları sübut edir. Belə ki, Bakı vaxtı ilə saat 20:14-ə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin qiyməti 2,48% azalaraq 70,89 dollar olub. Eyni zamanda, oktyabrda WTI markalı neftin fyuçersləri 2,66% azalaraq 67,31 dollar/barel təşkil edib. “Sərnişinlərdən biri salfetin üzərinə “Təyyarədə bomba var” yazıb. Pilotlar müvafiq qərar qəbul ediblər”, - deyə vali dəqiqləşdirib. UK27 reysi ilə uçan təyyarə yerli vaxtla saat 17.05-də Trabzona məcburi eniş edib. İlkin olaraq uçuş heyəti Ordu hava limanına eniş etməyi planlaşdırıb, lakin təmir işləri ilə əlaqədar olaraq təyyarə Trabzona yönləndirilib.