Təyyarənin göyərtəsində içkili şərnişin iğtişaş törədib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə Londondan Yunanıstanauçan"EasyJet" havayolu şirkətinin uçuşunda baş verib.
Belə ki, təyyarədə olan sərxoş şəxs əvvəllər həbsdə olduğunu və sirr almaq üçün Yunanıstana getdiyi ilə öyünüb. Təyyarə qalxarkən o, salonda gəzib.Bundan sonra sərxoş sərnişin yanında oturanları incitməyə başlayıb. Bəziləri adamı sakitləşdirməyə çalışsa da, bu, küylü adamı daha çox qəzəbləndirib.
O, daha sonra stüardessaları təhqir etməyə başlayıb və kabinəyə girməyə cəhd edib. Buna görə də təyyarə Almaniyanın Münhen şəhərinə təcili eniş edib.
Müəllif: Arzu