AZ

Türkiyə ordusu Suriya və İraqda dörd gün ərzində 35 terrorçunu məhv edib (COPY 2024.09.06 23:12)

Türkiyə ordusu sentyabrın 2-dən 5-dək İraqın şimalında və Suriyada ümumilikdə 35 terrorçunu məhv edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, İraqın Metina, Zap, Qara, Qəndil və Asos bölgələrində terrorçuların 20 hədəfinə endirilən aviazərbələr nəticəsində azı 27 silahlı öldürülüb. Suriyanın şimalında daha 8 terrorçu zərərsizləşdirilib.

Müdafiə Nazirliyi Suriyada terrorçuların nəzarətində olan zonanın yaradılmasının qarşısını almaqda qərarlı olduğunu vurğulayıb.

Ümumilikdə, ilin əvvəlindən Türkiyə Silahlı Qüvvələri bölgədə azı 1860 silahlını zərərsizləşdirib.

Seçilən
107
50
sesqazeti.az

10Mənbələr