Bakı. Trend:
Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 110 m² olanbirmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və2 otağının tavanı 30 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsiyanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.