Bakı. Trend:
Bu il Türkiyədə “Məzlumlara azadlıq” devizi ilə keçiriləcək IXTürk Dünyası Sənədli Film Festivalına türk dövlətlərindən 300müraciət daxil olub.
Trend təşkilatçıların açıqlamasına istinadla xəbər verir ki,“Türkiyə mədəniyyəti və Türkiyənin dünyaya baxışı” mövzusundafestival Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbərliyi vəMədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY Baş Kino İdarəsi və TürkDünyası Bələdiyyələr Birliyi, TİKA, YTB, həmçinin universitetlər,peşə, qeyri-hökumət və media qurumlarının layihə tərəfdaşlığı iləkeçiriləcək. Onların arasında Azərbaycan Mətbuat Şurası, BakıDövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənətUniversiteti yer alıb.
Festivalın direktoru Menderes Dəmir deyib: “Türkiyə mədəniyyətidünyanın ən qədim və ən geniş yayılmış mədəni irslərindən biridir.Onun gələcək nəsillərə ötürülməsi və bu irsin qorunub saxlanmasıbizim əsas vəzifələrimizdən biridir. Türk mədəniyyətinin peşəkarlarvə gənc nəsillər tərəfindən sənədləşdirildiyini təsdiq etməkdəyişən dünyada öz izini buraxmaq üçün vacibdir. Bu məqsədlə bizTürk dünyası sənədli film festivalları və müsabiqələrikeçiririk”.