AZ

Antoni Blinken Ukraynanın yeni xarici işlər naziri ilə telefonla danışıb

ABŞ Dövlət katibi Antoni Blinken Ukraynanın yeni xarici işlər naziri Andriy Sibiqa ilə telefonla danışıb.

“İki sahil”in ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, Blinken onu yeni vəzifəsi münasibətilə təbrik edib və ABŞ-ın Ukrayna ilə tərəfdaşlığının əhəmiyyətini qeyd edib. Blinken Rusiya ilə müharibə ilə bağlı və ölkə iqtisadiyyatının bərpasını sürətləndirmək üçün ABŞ-ın davamlı hərbi, iqtisadi və humanitar dəstəyini vurğulayıb.

ABŞ Dövlət katibi Birləşmiş Ştatların BMT Baş Assambleyasının açılış həftəsində Ukrayna ilə bağlı planlaşdırılan tədbirlərə dəstəyini təsdiqləyib.

Seçilən
124
3
ikisahil.az

4Mənbələr