“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde yığmasında növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, komanda Afrika Millətlər Liqasının I mərhələsində Misirlə üz-üzə gəlib.
Qarşılaşma Kabo-Verdenin məğlubiyyəti ilə bitib – 0:3. Matça start heyətdə başlayan Andrade fasilədə əvəzlənib.
Qeyd edək ki, Kabo-Verde növbəti oyununu sentyabrın 10-da evdə Mavritaniyaya qarşı keçirəcək.