Gürcüstanın Dmanisi şəhərində 4,1 bal gücündə zəlzələ baş verib.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.