AZ

İnəkləri üçün 4 mərtəbəli yaşayış binası tikdirdi

Türkiyədə seleksiyaçı arzusunda olduğu südçülük istiqamətli ferma üçün torpaq tapa bilməyəndə 4 mərtəbəli bina tikdirib.

“İki sahil”in məlumatına görə, Trabzonun Şalpazarı rayonunda yaşayan Gökhan Karadeniz binanın üç mərtəbəsini heyvanları üçün, bir mərtəbəsini isə özünə ayırıb.

İnsanların buranı görəndə ev olduğunu zənn etdiklərini, ancaq şüşədən onlara baxan heyvanları gördükdə təəccübləndiklərini ifadə edən Karadeniz, “Uğur qazanacağımıza, bacaracağımıza inanmadılar və “Yox, sən peşəkarsan, xaricə get işinlə məşğul ol, get qərbə işlə, burada bunu etmək olmaz”, “Torpaq yoxdur, bunu necə bacaracaqsan?”, kimi sözlər söylədilər”.

Gənc seleksiyaçı yalnız uğur qazanmadı, həm də bir çox insanlar üçün nümunə oldu. Onun sayəsində kənddə mal-qaranın sayı qısa müddətdə artdı.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
159
ikisahil.az

1Mənbələr