AZ

«Finex Kredit» BOKT-un Müşahidə Şurasına - YENİ SƏDR TƏYİN EDİLDİ

Azərbaycanın aparıcı qeyri-bank kredit təşkilatlarından olan «Finex Kredit» Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-nin rəhbərliyində dəyişiklik olub. 

“Finex Kredit” BOKT-da növbədənkənar yığıncaq keçiriləcək, mühüm iştirak payı müzakirə olunacaq

FED.az xəbər verir ki, sentyabrın 6-da «Finex Kredit» BOKT ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. 

İclasda BOKT-un Müşahidə Şurasının tərkibinin dəyişməsi ilə bağlı məsələ müzakirə edilib və bu barədə qərar qəbul edilib. 

Səhmdarların Ümumi Yığıncağının qəbul etdiyi qərara əsasən Qurbanova Sevinc Nəsrəddin qızı «Finex Kredit» BOKT ASC-nin Müşahidə Şurasının sədri təyin edilib. O bu vəzifədə Azad Cavadovu əvəz edib. 

Xatırladaq ki, Sevinc Qurbanova indiyədək «Finex Kredit» BOKT-da maliyyə departamentinin rəhbəri və idarə heyətinin üzvü vəzifəsində çalışıb. 

Xatırladaq ki, «Finex Kredit» BOKT ASC 10.09.2013-ci ildə Mərkəzi Bankın verdiyi 14 saylı lisenziyası əsasında faliyyət göstərir. 

2023-cü ilin sonuna BOKT-un cəmi aktivləri 3,94 milyon manat, cəmi öhdəlikləri 3,2 milyon manat, cəmi kapitalı isə 740 min manat təşkil edib. 

«Finex Kredit» BOKT 2023-cü ili 4166 manat xalis mənfəətlə tamamlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
fed.az

1Mənbələr