AZ

Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı keçirilib

Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Vətən müharibəsində qazanılan Şanlı Qələbə və onun tarixinə həsr edilən, Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı keçirilib. Tədbirdə tanınmış tarixçi-alimlər, dövlət qurumları və ictimaiyyət nümayəndələri ilə yanaşı İspan dilli ölkələrin Azərbaycandakı səfirliklərinin məsul əməkdaşları da iştirak ediblər.

Tədbiri açan M.F.Axundov adına Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki müzakirəsi edilən kitabın artıq 8-ci dildə nəşridir. Kitab 44 günlük Vətən müharibəsinin tarixinə həsr olunub. Kitabın xüsusi əhəmiyyəti hadisələrin elə hadisə iştirakçılarının dilindən nəql olunmasıdır.
Müzakirələrdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elmin İmanov qeyd edib ki, Vətən müharibəsində qazanılan Şanlı Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub. Kitabın əsas xüsusiyyəti Azərbaycanın Vətən müharibəsi tarixini tamamilə yeni bir rakursdan, şəxsiyyət faktoru baxımından nəzərdən keçirilməsindən ibarətdir. Yekdilliklə bir nəticəyə gəlirik ki, bütün bu uğurların, Şanlı Qələbənin kökündə şəxsiyyət faktoru – İlham Əliyev fenomeni dayanır.
Daha sonra çıxış edən millət vəkilləri Tahir Rzayev, Anar İsgəndərov, Aydın Mirzəzadə, Musa Qasımlı, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və digərləri kitabın əhəmiyyətindən danışaraq qeyd etdilər ki, bu kitab nəinki ölkəmizdə, eləcə də ölkə xaricində Qarabağda baş verən hadisələri diqqətlə izləyən oxucu və ekspertlərin böyük marağına səbəb olub. Butun bunları nəzərə alaraq kitabın gələcəkdə ali məktəb tələbələri, mütəxəssislər və alimlər üçün elmi mənbə kimi istifadə olunacağına öz inamlarını ifadə etdilər.
Kitabda Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördüyü işlər xüsusi yer alıb.
Bildirilib ki, bu kitab artıq 8 dildə – Azərbaycan, ingilis, türk, rus, ərəb, fars və çin dillərində dərc olunub. Bu gün ispan dilində nəşrin təqdimatı keçirilir və hazırda urdu dilinə tərcümə edilməsi ilə bağlı işlər görülür.

image-img-20240907-wa0012 image-img-20240907-wa0011 image-img-20240907-wa0010 image-img-20240907-wa0008 image-img-20240907-wa0009 image-img-20240907-wa0006 image-img-20240907-wa0007

Seçilən
134
5
moderator.az

6Mənbələr