AZ

 5,1 milyonluq müəmma: Necə yeyiblərsə İZİ-TOZU DA QALMAYIB - Nə tövlədə heyvan, nə də büdcədə pul var...

Azərbaycan Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq 2021-2023-cü illər əhatə olunmaqla Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi aparılıb.Aparılan qiymətləndirmələr zamanı bir sıra problemlər aşkarlanıb.Onlardan biri kimi cari auditlə müvafiq dəyərinin 27,5 min manat güzəşt məbləği maliyyələşdirilmiş 8 damazlıq heyvanın maliyyələşdirilmə qərarlarının qəbul edildiyi tarixlərinə Aqrar Sığorta Fondunun məlumatlarına əsasən öldüyü, 5762 baş damazlıq heyvanlara görə sənədləşdirilmiş ölkədaxili satış (müqavilə) qiymətinin idxal gömrük dəyərinə nisbətinin -19,7%-dən 4,9%-dək olan intervalda dəyişərək təchizatçı hüquqi şəxslərin kommersiya maraqlarının rəsmən təmin olunmaması müqabilində yaranan risklər araşdırılmadan 10,2 mln. manat güzəşt məbləğinin maliyyələşdirildiyi, eləcə də auditin gedişatında aparılmasına nail olunmuş monitorinqlərin nəticələri ilə maliyyələşdirilmiş 5,1 mln. manat güzəşt məbləğinin predmeti olan 4456 baş damazlıq heyvanların alıcı şəxslərin təsərrüfatlarında mövcud olmadığı müəyyən edilib.Dövlətin maliyyələşdirdiyi 5,1 milyon manatlıq damazlıq heyvanların təsərrüfatlarda olmamasının səbəbi nədir?İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, həmin heyvanlara xərc çəkilib:“Sənədlərdə yazılıb, guya ki, bu heyvanlar hardansa alınıb, bahalı damazlıq heyvanlardır. Bir müddət öncə Azərbaycana fantastik qiymətlərə iribuynuzlu heyvanlar alıb gətirirdilər. O heyvanların gətirilməsi üçün vəsait ayrılıb. Məsələn, 100 baş inək gətirmək lazımdır, onlar 20 baş gətiriblər. Burada 80 baş inəyin pulu isə yoxa çıxıb. Ona görə də həmin heyvanlar təsərrüfatlarda yoxdur. Yaxud bir hissəsini doğrudan da gətiriblər, amma tələf olub.Tələf olanda onun hesabatı verilməli, aktı yazılmalıdır ki, hansı səbəbdən tələf olub. Çünki bu layihədir, risklər də nəzərə alınır.Heyvanların xəstələnmə ehtimalı da göz altına alınır və ona da vəsait ayrılır”.Ekspert bildirib ki, iqlim dəyişiklikləri ilə bağlı risklər də olub:“Həmin heyvanlarda narahatlıqlar baş verərsə, baytarlıq tədbirləri görülməli idi. Həmin baytarlıq tədbirləri də görülmədiyinə görə gətirilən heyvanların böyük əksəriyyəti tələf olub. Yəni o baytarlıq tədbirlərinə ayrılan vəsaitin hara xərclənməsi belə müəmmalıdır. Ona görə həmin heyvanlar indi təsərrüfatlarda yoxdur”.

Seçilən
99
5
dunyapress.info

6Mənbələr