AZ

ABŞ-da təyyarə qəzasında dörd nəfər ölüb

ABŞ-ın İndiana ştatının Anderson şəhəri yaxınlığında tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Newsweek” portalı yerli şerif departamentinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təyyarə cümə günü təxminən saat 06:45-də (Bakı vaxtı ilə 15:45) Fort-Dodc (Ayova ştatı) hava limanından havaya qalxıb və saat 10:00 (Bakı vaxtı ilə 19:00) radələrində Anderson hava limanına enməli idi.

Vurğulanıb ki, təyyarə qarğıdalı sahəsinə düşüb. Daha sonra ABŞ Federal Aviasiya Administrasiyası təyyarədə 4 nəfərin olduğunu və heç kimin sağ qalmadığını təsdiqləyib.

Seçilən
125
36
operativmm.az

10Mənbələr