Hollandiya qabaqcıl yarımkeçirici istehsal avadanlıqlarına ixrac məhdudiyyətlərini genişləndirib.
Banco.az xəbər verir ki, bu barədə Hollandiyanın Xarici Ticarət və İnkişaf naziri Reinette Klever məlumat verib.
"Mən bu qərarı təhlükəsizlik səbəbi ilə verdim. Biz görürük ki, texnoloji irəliləyişlər, xüsusən də indiki geosiyasi kontekstdə bu xüsusi istehsal avadanlıqlarının ixracı ilə bağlı təhlükəsizlik risklərinin artmasına səbəb olur" - deyə o qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!