AZ

Rusiya XİN: “COP29-da ölçülüb-biçilmiş qərarların əldə edilməsinə çalışacağıq”

Rusiya nümayəndə heyəti noyabrda Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ölçülüb-biçilmiş qərarların əldə edilməsinə çalışacaq.

 

NOCOMMENT.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu xüsusi tapşırıqlar üzrə səfir, Rusiya Xarici İşlər Nazirliyinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Sergey Kononuçenko deyib.

 

Onun sözlərinə görə, artıq iqlim müzakirələrini özlərinə sərfəli istiqamətə yönəltməyə çalışan Qərb ölkələri, şübhəsiz ki, gələcək konfransın gündəliyini ələ keçirməyə çalışacaqlar: “Təbii ki, biz bu konfransın qərarlarının ölçülüb-biçilmiş olmasını təmin etmək üçün bütün səylərimizi göstərəcəyik”.

 

Xatırladaq ki, COP29-un fəaliyyət gündəliyi 14 təşəbbüsdən ibarətdir. Bu 14 təşəbbüs paketi daha “yaşıl dünya” üçün həmrəylik içərisində güclü tərəfdaşlıqları, əməkdaşlıq səylərini təşviq edir, investisiyaları təmin edir, dövlət və özəl sektorları hərəkətə keçirir.

 

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 198 iştirakçı (197 ölkə və Avropa İttifaqı) daxildir.

Seçilən
88
12
nocomment.az

10Mənbələr