AZ

FHN-in amfibiya tipli təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınları ilə mübarizəyə cəlb olunub - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə Yeniazerbaycan.com-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Əməliyyat çərçivəsində təyyarə İzmir-Berqama istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
6
yeniazerbaycan.com

10Mənbələr