AZ

Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı

Bakı. Trend:

Dələduzluq əməlində şübhəli bilinən şəxslər müəyyən olunaraqsaxlanılıb

Bu barədə Trend-ə DİN-inMətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı vaxtlarda 2 nəfəri aldadan şəxslərin özhesablarına 2900 və 5500 manat pul ödətdirməsi, bir nəfərinaldadılaraq hesabından 210 manatının çıxarılması, digərinin isəeyni üsulla 500 manatının alınması barədə polisə məlumatlar daxilolub.

Eyni zamanda, paytaxtın Yasamal və Nəsimi rayonları ərazisindəpolis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərinitörətməkdə şübhəli bilinən 32 yaşlı E.Niftəliyev, 32 yaşlıE.Həsənov, 46 yaşlı L.Vəliyeva və 32 yaşlı N.Mustafayeva müəyyənolunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
8
az.trend.az

10Mənbələr