AZ

Paris-2024: İsmiyevə qalib gəlib, Zəkiyev və Kərimova qızıl şansını itirib

Bakı, TurkicWorld

Parisdə keçirilən XVII paralimpiya oyunları davam edir.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, bu gün 3 paracüdoçumuz tatamiyə çıxıb.

Qadınların yarışında J1 lkateqoriyasında Xatirə İsmiyeva (+70 kq), J2 kateqoriyasında Dürsədəf Kərimova (+70 kq) və kişilərin mübarizəsində Azərbaycanın əfsanə paracüdoçularından olan İlham Zəkiyev (+90 kq) J1 kateqoriyasında medallar uğrunda yarışır.

Paris-2024: Paracüdo yarışları
Qadınların mübarizəsi
+70 kq

J1 kateqoriyasında yarışan Xatirə İsmiyeva ilk görüşdə Maryam Aldhanhaniyə (BƏƏ) "ipponla" qalib gəlib. O 1/4 finalda Nazan Günəşlə (Türkiyə) qarşılaşacaq.
Bu çəkidə J2 kateqoriyasında mübarizə aparan Dürsədəf Kərimovanın 1/4 finalda Rebeka de Souza Silvaya (Braziliya) uduzub. Dürsədəf bürünc uğrunda təsəlliverici görüşdə yerli idmançı Preskiliya Lezzi ilə qarşılaşacaq.

Kişilərin mübarizəsi
+90 kq

J1 kateqoriyasında çıxış edən İlham Zəkiyev 1/4 finalda yerli idmançı Ceyson Qrandraya uduzub. O bürünc uğrunda təsəlliverici görüşdə iştirak edəcək. Onun rəqibi niderlandlı Daniel Kneqt olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
2
turkic.world

3Mənbələr