Bakı. Trend:
Fransanın paytaxtında keçirilən Paris-2024 Paralimpiya Oyunlarıdavam edir.
Trend İdman.biz-əistinadən xəbər verir ki, paraüzgüçü Raman Saley (S12 kateqoriyası)də növbəti dəfə medal uğrunda mübarizəyə qoşulub.
O, 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə yarışdatəsnifat mərhələsində 1-ci olub. Saley məsafəni 58.16 saniyəlikgöstərici ilə tamamlayıb. Final mərhələsi Bakı vaxtı ilə saat21:27-də start götürəcək.
Qeyd edək ki, Roman Saley Parisdə 1 gümüş və 1 bürünc medalqazanıb.