Azərbaycanın 3 paracüdoçusu Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, yarışa 1/8 finaldan start verən Xatirə İsmiyeva (J1 kateqoriyası, +70 kq) Birləşmiş Ərəb Əmirliklərindən olan Maryam Aldhanhaniyə ipponla qalib gələrək növbəti raunda adlayıb. O, 1/4 finalda türkiyəli Nazan Günəşə uduzub.
Digər paracüdoçularımız Dürsədəf Kərimova (J2 kateqoriyası, +70 kq) 1/4 finalda braziliyalı Rebeka de Souza Silvaya, kişi idmançımız İlham Zəkiyev (J1 kateqoriyası, +90 kq) isə fransalı Ceyson Qrandraya məğlub olublar.
Hər üç paracüdoçu bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 2 gümüş və 3 bürünc medal var. Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də yekunlaşacaq.