Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən 35 yaşlı Vüsal Xəlilovu saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, V.Xəlilov zərərçəkənlərin etibarından sui-istifadə edərək onların iri və xırdabuynuzlu heyvanlarını ələ keçirib. Bu kimi dələduzluq əməlləri ilə o, 8 nəfərə 300 min manat maddi ziyan vurub. Saxlanılan şəxs zərərçəkmişlərdən aldığı heyvanları dəyərindən ucuz qiymətə satdığını bildirib.
Məhkəmənin qərarı ilə V.Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.