AZ

Rusiya Pokrovsk istiqamətində cüzi irəliləyib - Hücum sürəti xeyli azalıb

Rusiya işğalçı qüvvəlıərinin Ukraynanın Pokrovsk şəhəri istiqamətində irəliləyişi xeyli zəifləyib.

“AzPolitika” Ukrayna mətbuatına istinadla xəbər verir ki, rus ordusu Pokrovska yaxın yaşayış məntəqəsində ötən gün cüzi irəliləyiş əldə edə bilib.

“DeepState” layihəsinin bildirdiyinə görə, rusların irəliləməsi Pokrovsk şəhərindən təxminən 30 kilometr aralıda yerləşən Pokrovsk rayonunun Ukrainsk qəsəbəsində qeydə alınıb. Sırf Pokrovska yaxın mövqelərdə isə irəliləyiş yoxdur. Əlavə edilir ki, Rusiya ordusunun irəliləməsi həmçinin, Krasnoqorovka şəhəri yaxınlığında müşahidə olunub.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
azpolitika.info

1Mənbələr