21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) Serbiya yığması ilə keçirəcəyi ev oyununun hakimləri müəyyənləşib.
Arena.az xəbər verir ki, UEFA bu qarşılaşmanı fransalı hakimlərə həvalə edib.
Qarşılaşmanı FIFA referisi Bastyen Deşepi idarə edəcək. Ona yan xətt hakimləri Aleksis Oje və Parin Le Telye kömək edəcəklər. Dördüncü hakim funksyasını Floren Batta yerinə yetirəcək.
Azərbaycan – Serbiya matçı sentyabrın 10-da Bakıdakı “Dalğa Arena”da təşkil olunacaqş Oyuna saat 19:00-da start veriləcək.
Xatırladaq ki, ötən gün səfərdə Lüksemburq yığmasına 0:2 hesabıyla uduzan U-21 millimiz 7 oyuna topladığı 3 xalla qrupda sonuncu pillədə qərarlaşıb.