Dubayda dünyanın ikinci ən hündür göydələni tikiləcək.
Bürc Xəlifədən alçaq, 679 metrlik Kuala-Lumpurdan hündür olacaq qüllə Bürc Əzizi adlanacaq.
Göydələnin hündürlüyü 725 metr olacaq və Şeyx Zayed prospektində tikiləcək. 1.63 milyard dollara başa gələcək layihənin tikinti işləri 2027-ci ildə tamamlanacaq.
Dizaynı düzbucaqlı formalarda olacaq binanın fasadı tam şüşə ilə örtüləcək.
Qeyd edək ki, dünyanın ən hündür binası olan 163 mərtəbəli Bürc Xəlifənin hündürlüyü 828 metrdir