AZ

“İllər necə keçdi bilmədim” - Ülviyyə 

  Aktrisa Ülviyyə Xalinbəyova oğlu Fuadla bağlı diqqət çəkən paylaşım edib.

OLAY yazır ki, övladının doğum günü olduğunu bildirən sənətçi onun 4 yaşı tamam olması münasibəti ilə instaqram səhifəsində video yayımlayıb.

Ülviyyə oğlunun ad günündən çəkilən görüntülərə “Fuadım 1 yaş daha böyüdü. İllər necə keçdi bilmədim. 4 yaşın mübarək, gözəl oğlum” sözlərini yazıb.

Qeyd edək ki, Ü. Xalinbəyova həmkarı Murad İsmayılla ailəli olub. Cütlük bir müddət əvvəl boşandığını açıqlayıb. Onların bu nikahdan iki oğlan övladı var.  



Seçilən
62
2
referans.az

5Mənbələr