AZ

Kadırov əsir götürülən ukraynalı əsgərlərin görüntülərini paylaşıb- FOTO

“Axmat” xüsusi təyinatlılarının əsgərləri Ukrayna Silahlı Qüvvələrinin səfərbər edilmiş 3 əsgərini əsir götürüb.

Azpost.info xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov Telegram kanalında bildirib.

Görüntülərdə dəstə komandiri növbə ilə ad və soyadlarını, həmçinin yaşayış yerlərini və bölmələrini söyləyən 3 nəfəri göstərib.

“Bizim əsirlər” rubrikasının davamı. Özünüzü təqdim edin!”, – komandir deyib.

Çeçenistan lideri əsirlərin üzündə məyusluğun hiss olunduğunu qeyd edib: “Əsgərlərimizin keçirdiyi əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələrinin 3 hərbçisi əsir götürülüb. Hamısı 8-ci rotanın 3-cü batalyonunun 5-ci briqadasındandır. Səfərbər edilmişlərdir. Ukrayna hərbçilərindəki ruh düşkünlüyü göz qabağındadır. Əgər onlar bizim əlimizdə olanda rahat nəfəs alırlarsa, bu çox şey deyir. İşləməyə davam edək! “Axmat” xüsusi təyinatlılarının əsgərlərinə vətənimiz Rusiyanın rifahı naminə nümunəvi və səmərəli xidmətlərinə görə təşəkkür edirəm! “Axmat” gücdür. Allahu Əkbər!”.

Azpost.info

 

Seçilən
113
azpost.info

1Mənbələr