AZ

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

"Dəzgahqayırma Zavodu” ASC-nin səhmləri dövriyyədən çıxarılıb. İqtisadiyyat.az xəbər verir ki, ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında "Seyhanlar Group 2024” Məhdud Məsuliyyətli Cəmiyyəti adında yeni hüquqi şəxs yaradılıb.

 

Bununla əlaqədar "Dəzgahqayırma Zavodu” ASC-nin ümumilikdə hər biri 1 manat dəyərində 443 787 ədəd adi, adlı, sənədsiz səhmi ləğv edilərək dövriyyədən çıxarılıb.

 

"Dəzgahqayırma Zavodu” ASC yenidən təşkil olunub və "Seyhanlar Group 2024” Məhdud Məsuliyyətli Cəmiyyəti "Dəzgahqayırma Zavodu” ASC-nin hüquqi varisidir.

 

Qeyd edək ki, "Dəzgahqayırma Zavodu” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 489 714 manat, qanuni təmsilçisi Mehmet Ali Seyhandır. 

Tarix: 7 Sentyabr 2024, 13:52   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
8
pravda.az

9Mənbələr