AZ

Hündürdaban ayaqqabı geyinənlərin NƏZƏRİNƏ

Qadınların imtina edə bilmədiyi hündürdaban ayaqqabıların fəsadları var imiş. Gözəl və cazibədar görünmək hər bir xanımın arzusu olsa da, dikdaban ayaqqabıları geyinmək onların həm qamətinə, həm də ümumi sağlamlığına mənfi təsir göstərə bilir. Həkim-radioloq Aydın Əliyevin sözlərinə görə, hündürdaban ayaqqabı geyinəndə orqanizmin ağırlıq qüvvəsinin paylanması pozulur:

 

"Ayaq daraqarxası və daraq-falanqa oynaqlarında artrozların yaranma riski artır. Normalda aşıq-baldır oynağına düşən ağırlıq aşıqaltı, aşıq-qayıqvarı, daban və digər tarzo-metatarzal sümük və oynaqlar arasında paylanaraq ağırlıq qüvvəsinin bir nahiyəyə düşməsinin qarşısını alır. Necə deyərlər, gözəllik qurban tələb edir. Ancaq gözəllik və sağlamlıq arasında seçim qarşısında qalanda ikincini seçmək məsləhətdir".

 

Qeyd edək ki, bel və kürək ağrılarından və digər problemlərdən əziyyət çəkənlərin ayaqqabı seçimi zamanı diqqətli olmağı vacibdir. Mütəxəssislər seçim zamanı kiçik dabanlı ayaqqabılar geyməyi məsləhət görür. Belə ayaqqabılar belin təbii formasını saxlamağa kömək edir və bel əzələsinin gərginliyini azaldır. Ayaqların və dabanların sağlamlığı üçün səhər və axşam kiçik idman hərəkətləri etmək tövsiyə olunur.

 

Musavat.com

Tarix: 7 Sentyabr 2024, 13:38   
Seçilən
148
pravda.az

1Mənbələr