Bu gün Paris-2024 Yay Paralimpiya Oyunlarında onuncu yarış günüdür.
Sabah.az xəbər verir ki, Azərbaycanın 6 təmsilçisi turnirdə çıxış edəcək.
Paraatletçilərdən Lamiyə Vəliyeva, Orxan Aslanov, paracüdoçulardan Xatirə İsmiyeva, Dürsədəf Kərimova və İlham Zəkiyev, paraüzgüçü Raman Saley uğur qazanmağa çalışacaqlar.
***
Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) “Paris-2024” Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.
O, 400 metr məsafəyə qaçışda finiş xəttini ikinci keçərək gümüş medala sahib çıxıb.
Bununla da Azərbaycan paralimpiyaçılarının Parisdə qazandığı medalların sayı səkkizə (3 qızıl, 2 gümüş və 3 bürünc) çatıb.
Qeyd edək ki, L.Vəliyeva 100 metr məsafəyə qaçışda Paralimpiya çempionu olub.
- Azərbaycan
- Ailə
- Şuşa
- Uğur
- Məcburi Köçkün
- Təmir Işləri
- Paralimpiya
- Təmir
- Stadium
- Yay
- Yekunlaşma
- Evlər
- Qayıdış
- Mətn
- Köçkünlər
- Paris-2024
- 28 May
- Orxan Aslanov
- Metrostansiya
- Paraatlet
- Missiya.az
- Yay Paralimpiya Oyunları
- Paralimpiya Oyunları
- Lamiyə Vəliyeva
- Paralimpiya Oyunlar
- Raman Saley
- Paraatletlər
- Paraatletçilər
- Paracüdoçu