Moskva, 7 sentyabr, AZƏRTAC
İran Prezidenti Məsud Pezeşkian oktyabrın 22-24-də Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali məlumat verib.
O qeyd edib ki, İran Prezidentinin Kazanda Rusiya lideri Vladimir Putin, eləcə də digər həmkarları, habelə İran icması ilə görüşlərinin keçirilməsi və onun sammitdə çıxışı nəzərdə tutulub.
Diplomat əlavə edib ki, İran ilə Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş BRICS sammiti çərçivəsində və ya daha sonra prezidentlərin Tehranda və ya Moskvada keçiriləcək ayrıca görüşündə imzalana bilər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva