AZ

Qırğızıstan "Taliban"ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarıb

Qırğızıstan

Bakı, 7 sentyabr, AZƏRTAC

Qırğızıstan “Taliban” hərəkatını respublika ərazisində qadağan olunmuş təşkilatlar siyahısından rəsmən çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

“Qırğızıstanın Xarici İşlər Nazirliyi təsdiqləyir ki, ölkənin səlahiyyətli dövlət orqanları tərəfindən diqqətlə nəzərdən keçirildikdən və hərtərəfli qiymətləndirmədən sonra “Taliban” hərəkatının respublikada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılmasına qərar verilib”, - məlumatda belə deyilir.

XİN-in mətbuat xidməti, həmçinin qeyd edir ki, Qırğızıstan beynəlxalq ictimaiyyətin Əfqanıstanda və bütövlükdə regionda sabit və dinc mühitin təmin edilməsinə yönəlmiş səylərini dəstəkləməyə sadiqdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
azertag.az

2Mənbələr