Demokrat.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yayıb.
Onun sözlərinə görə, ölkəsi həmin sənədi imzalamayıb: “Ermənistan əvvəldən bəyannaməyə qoşulmayıb”.
Xatırladaq ki, dünən Ermənistan və Gürcüstanın Avropa Şurasının sözügedən bəyannaməsini imzalamasına dair məlumat yayılıb. “Lenta.ru” Ermənistanın ilk olaraq bəyannaməni imzaladığını, daha sonra isə imzasını geri götürdüyünü yazıb.