AZ

Maşınla vurduğu qıza qarşı əxlaqsızlıq etdi

Rusiyanın Sankt-Peterburq şəhərinin  Nevski rayonunda altı yaşlı qızı vuran sürücüyə qarşı cinsi zorakılıq maddəsi ilə cinayət işi açılıb.

Oxu24.com xəbər verir  ki, bu barədə “Fontanka” məlumat yayıb.

Nəşrin məlumatına görə, işi İstintaq Komitəsi açıb.

Hadisə avqustun 30-da qız anası ilə Krılenko küçəsində həyətdə gəzərkən baş verib. Velosiped sürən qızı “Volkswagen Polo” markalı avtomobili idarə edən 22 yaşlı Özbəkistan vətəndaşı vurub. Daha sonra sosial şəbəkələrdə digər hadisə şahidləri ilə birlikdə qurbanın yanında oturan və onun çılpaq ayaqlarına toxunan bir kişinin videosu yayılıb.

İlkin məlumata görə, şübhəli sentyabrın 2-də Rusiyanı tərk edib.

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin miqrant barəsində cinayət işinin başlanmasına göstəriş verib.

 

Nigar

 

Seçilən
96
oxu24.com

1Mənbələr