Çorumun Osmancık rayonunda türk usta yanacaqsız hərəkət edən avtomobil icad edib.
Publika.az verir ki, motosiklet ustası Kıyas Çətinin yeni ixtirası çox danışılır.
Öz sahəsində inqilabi olan bu ixtira hər kəsi sevindirib. Enerjini üzərindəki günəş panellərindən alan 3 təkərli avtomobili yanacaqsız sürmək olacaq.
Heç bir yanacaq sərf etmədən yük və sərnişin daşıya bilən bu vasitə görənləri valeh edir. İrəli-geri hərəkət edə bilən bu vasitə Türkiyədə bir ilk olaraq tarixə düşüb.