Evdə enerjiyə qənaət etmək istəyiriksə, hansı cihazın nə qədər enerji sərf etdiyini bilməliyik.
Publika.az xəbər verir ki, bəzi məişət texnikaları işləmədiyi halda belə, enerji sərf etməyə davam edir. Bu cihazlar işləmirsə, onları elektrik şəbəkəsindən ayırmalısınız.
Paltaryuyan maşın: Soyuduculardan sonra ən çox istifadə edilən paltaryuyan gözləmə rejimində olduqda çox enerji çəkir. Buna görə də onu elektrik şəbəkəsindən çıxarmaq lazımdır.
Çaydanlar: Praktik məişət cihazlarından biri olan çaydanlar suyu sobadan daha tez qızdırdıqları üçün daha yaxşı seçimdir. Lakin çox enerji çəkdiyi üçün çaydan da işləməyən zaman elektrik şəbəkəsinə qoşulmamalıdır.
Mikrodalğalı sobalar: Yeməkləri saniyələr ərzində qızdırmaq qabiliyyətinə malik bu sobalar, göndərdikləri tezlik dəyərləri ilə qidadakı su dənələrini qaynadırlar.