AZ

Aslan Kotsoev gümüş medal qazanıb

Bakı. TurkicWorld

Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, Aslan Kotsoyev (90 kq) finalda Serbiya təmsilçisi Milyan Raduljla ilə üz-üzə gəlib.

Rəqibinə uduzan təmsilçimiz gümüş mükafatla kifayətlənib.

Eyni çəkidəki Tuncay Şamil italiyalı Henri Ovusuya qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb.

Seçilən
88
11
turkic.world

10Mənbələr