AZ

Paris-2024: Çin Paralimpiyanın qalibi oldu

Parisdə keçirilən Paralimpiya Oyunlarının qalibi müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, Çin komandası medal sıralamasında birinci olublar. 

Asiya nəhəngi 86 qızıl, 65 gümüş və 45 bürünc olmaqla, cəmi 196 medal qazanaraq qələbəni erkən təmin edib.

İkinci yeri 45 qızıl, 36 gümüş və 26 bürünc (ümumi - 107) medalla Böyük Britaniya komandası tutur. 

Qeyd edək ki, Çin ardıcıl altıncı dəfə Paralimpiya Oyunlarının qalibi olub. Bu ölkənin idmançıları daha əvvəl 2004, 2008, 2012, 2016 və 2021-ci illərdə Oyunların qalibi adını qazanıblar. 

Medal sıralamasında Azərbaycan hazırda 4 qızıl, 2 gümüş və 3 bürünclə (cəmi 9) 28-ci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
fanat.az

1Mənbələr