AZ

Vardanyan: İran və Qərb buna imkan verməyəcək

“İran artıq sadə dildə deyir ki, Rusiyanın nəzarəti altında Azərbaycanla Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi mövcud ola bilməz”.

Tribunainfo.az xəbər verir ki, siyasi analitik Armen Vardanyan bunu İranın son günlər dəhlizlə bağlı verdiyi açıqlamaları şərh edərkən deyib.
Onun sözlərinə görə, İranın Türkiyə və Azərbaycanla o qədər də böyük problemləri yoxdur. “Lakin Tehranda başa düşürlər ki, o yol Rusiyanın nəzarəti altında olarsa, İranın şimalı, yəni Ermənistandan keçən marşrutlar Rusiyanın nəzarətində olacaq”.
Vardanyan hesab edir ki, Rusiyanın İrana təzyiq etmək üçün daha bir rıçaq əldə etməsi qəbuledilməzdir. “Bu dəhliz Rusiya üçün İran, Türkiyə və Azərbaycanla münasibətlərdə istifadə etmək üçün çox ciddi rıçaq olacaq”.
Erməni analitik qeyd edir ki, nəzəri olaraq Azərbaycan dəhlizi açmaq üçün gücdən istifadə edə bilər. “Mənə elə gəlir ki, bizim də buna getməyimiz, İranın Ermənistana silahla kömək etməsi, zorla o yolu açmağa cəhd etməsi istisna deyil. Amma İran bu məsələdə bizim yeganə müttəfiqimiz deyil, həm də Qərb var. Mən çox əminəm ki, onların hər ikisi onun həyata keçirilməsinə imkan verməyəcək”.

 

Seçilən
55
tribunainfo.az

1Mənbələr