AZ

Cüdoçularımızdan Avropa çempionatında 8 medal

Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
 
Moderator.az axar.az-a istinadən xəbər verir ki, Aslan Kotsoyev (90 kq) bu raundadək irəliləyə bilib.
 
O, həlledici qarşılaşmada Milyan Raduljla (Serbiya) güləşəcək. Eyni çəkidəki Tuncay Şamil bürünc medal uğrunda görüşdə italiyalı Henri Ovusunun müqavimətini qırmağa çalışacaq.
 
+100 kq-dakı Kənan Nəsibov üçüncü yer uğrunda Tomas Raska ilə (Çexiya) münasibətlərə aydınlıq gətirəcək.
 
***
 
Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.
 
Aslan Kotsoyev (90 kq) finalda Serbiya təmsilçisi Milyan Raduljla ilə üz-üzə gəlib.
 
Rəqibinə uduzan təmsilçimiz gümüş mükafatla kifayətlənib.
 
Eyni çəkidəki Tuncay Şamil italiyalı Henri Ovusuya qalib gələrək bürünc medal qazanıb.
 
Qeyd edək ki, daha əvvəl Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb.
 
***
 
Azərbaycanın daha bir cüdoçusu Tallində keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb.
 
Kənan Nəsibov (+100 kiloqram) üçüncü yer uğrunda görüşdə öz rəqiblərinə qalib gəliblər.
 
Bununla da çempionatın fərdi yarışlarına yekun vurulub.
Seçilən
115
12
moderator.az

10Mənbələr