Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Şıxlar kəndi ərazisində olub.
Belə ki, rayon sakini Ali Mamedovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan 2002-ci il təvəllüdlü sərnişin aldığı xəsarətlərdən dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.