AZ

Rusiyada 17 kq çəkisi olan pişiyə xüsusi pəhriz proqramı HAZIRLANDI - VİDEO

Rusiyada Kroşik adlı pişik üçün aşağı karbohidratlı pəhriz proqramı tərtib edilib.

Bizim.Media xəbər verir ki, artıq çəkidən əziyyət çəkən Perm pişiyi 17 kq. çəkiyə malikdir. 

Pişiyə baytar və dietoloq tərəfindən xüsusi pəhriz proqramı tərtib edilib və o, idmana da cəl edilib.

"Onun üçün xüsusi bir arıqlama proqramı hazırlanıb. Kroşik aşağı karbohidratlı bir pəhrizdədir. O, qramla, kalori hesablaması ilə yeyir, su qaçış zolağında məşq edir və radio dalğa terapiyasından keçir", - deyə Baytar köməkçisi Marina Resnyavskaya bildirib.

Onun arıqlaması üçün bədəndə metabolik prosesləri sürətləndirmək və əzələ kütləsini artırmaq lazımdır.


Bizim.Media

Seçilən
91
bizim.media

1Mənbələr